Agentlik: Məcburi köçkünlər hələki güzəştli kateqoriyada qalırlar

Agentlik: Məcburi köçkünlər hələki güzəştli kateqoriyada qalırlar
  • Clock-gray 11:17
  • calendar-gray 29 Yanvar 2021

“Məcburi köçkünlər hələki güzəştli kateqoriyada qalırlar”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M. Abbasbəyli bildirib ki, məcburi köçkünlərin statusunun ləğv edilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir. Onun fikrincə, bütün məcburi köçkünlər işğaldan azad edilən torpaqlara qayıtdıqdan sonra o məsələyə baxıla bilər.

Ramiz Mikayıloğlu

Digər xəbərlər