Agentlik: Qiymətli mineralların hasilatı üzrə qanuni tələblərə əməl edilməsində çoxsaylı problemlər var

Agentlik: Qiymətli mineralların hasilatı üzrə qanuni tələblərə əməl edilməsində çoxsaylı problemlər var
# 04 sentyabr 2020 16:39 (UTC +04:00)

“Tikinti və qiymətli mineralların hasilatı üzrə qanuni tələblərə əməl edilməsi ilə bağlı çoxsaylı problemlər var”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov bildirib.

Onun sözlərinə görə, müvafiq monitorinqlər nəticəsində bu faktlar üzə çıxır və qarşısı alınır: “Bu məsələ ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tədbirlərlə yanaşı, bizim bir çox müasir yanaşmalarımız olacaq. Bu da tənzimlənməni daha effektiv edəcək. Burada həmçinin qanunvericilikdə dəyişikliklər də öz əksini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR