Agentlik: Vaksinasiyada iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulmayıb

Agentlik: Vaksinasiyada iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulmayıb
# 23 aprel 2021 15:22 (UTC +04:00)

“Vaksinasiyada iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulmayıb”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda çıxışında deyib. O bildirib ki, yalnız koronavirusla mübarizədə iştirak edənlərə əlavələrin verilməsi nəzərdə tutulub: “Çünki vaksinasiyada iştirak edən tibb işçiləri sağlam insanlarla işləyirlər. Onlar koronaviruslu xəstə deyil”.

A.Əhmədova əlavə edib ki, Bakıda çalışan tibb işçiləri icbari tibbi sığorta əlavəsini may ayında alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR