Agentlik sədri: “"ASAN Kadr" sayəsində 1362 könüllü işlə təmin olunub”

Agentlik sədri: “"ASAN Kadr" sayəsində 1362 könüllü işlə təmin olunub”
  • Clock-gray 13:02
  • calendar-gray 28 Yanvar 2020

Bu günə qədər 21 mindən artıq gənc "ASAN"da könüllüsü kimi fəaliyyət göstərib. Bu Könüllülər 550-dən artıq sosial layihə həyata keçiriblər".

APA-nın məlumatına görə, bunu 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

"ASAN Kadr"la bağlı məlumat verən Agentlik sədri deyib ki, bu, "ASAN"da olan könüllülərin sonradan iş tapması üçün platformadır: "Burada həm şirkətlər qeydiyyatdan keçir, həm də iş axtaran könüllülər. "ASAN Kadr" sayəsində 1362 könüllü işlə təmin olunub. Onlardan 439-u "ASAN xidmət" mərkəzlərində işlə təmin olunub, digərləri isə ayrı-ayrı özək şirkətlər və dövlət qurumlarında işə götürülüblər".

Agentlik sədri ABAD-la bağlı da məlumat verərək deyib ki, bu, ən böyük sosial layihələrdən biridir: "Bu günə qədər 421 ailə ABAD-a üzv olub. ABAD yalnız müəyyən istehsal qabiliyyəti olan ailələrə istehsal üçün avadanlıqlar verir, onların istehsal etdiyi məhsulları qablaşdırır, brendləşdirir, daşınması və satışını təmin edir. Bu günə qədər ABAD-çılar ABAD vasitəsilə 2 milyon manatdan yuxarı vəsait əldə ediblər. Bu da xüsusilə aztəminatlı ailələrin sosial rifahının artırılmasında ciddi faktorlardan biridir".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date