Agentlik: İcbari tibbi sığortanın tətbiq olunduğu pilot rayonlarda 7-8 min manat maaş alan həkimlər olub

Agentlik: İcbari tibbi sığortanın tətbiq olunduğu pilot rayonlarda 7-8 min manat maaş alan həkimlər olub
  • Clock-gray 17:34
  • calendar-gray 11 Dekabr 2019

“Yaxın 7-10 gün ərzində icbari tibbi sığorta tətbiq ediləcək tibb müəssisələrində işləyən həkimlərin maaşı və maaşa əlavələrlə bağlı məlumatlar veriləcək”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. 

O bildirib ki, məsələ son razılaşdırma mərhələsindədir: “Maaşlar həkimin tutduğu vəzifə və təcrübəyə uyğun, Vahid Tarif Cədvəlinə əsasən müəyyən olunacaq. Bundan başqa, həvəsləndirici əlavələr də olacaq. Əgər həkim rayon, kənddə işləyirsə, onun yaşadığı yerdən işlədiyi kənd məntəqəsinə qədər məsafə 15-20 km-ə qədərdirsə, həvəsləndirici əlavə alacaq. Məsafə 20km-dən yuxarıdırsa, ayrı həvəsləndirici əlavə tətbiq olunacaq. Ən əsası isə, həkimin baxdığı xəstə sayına görə də əlavələr olacaq”. 

Ş Eyvazov qeyd edib ki, pilot layihədə 7-8 min manat maaş alan həkimlər olub: “Bu, onların səhiyyənin qanunlarını aşmadan yüksək xidmət göstərməsi ilə bağlı olub. Yəni, həkim bir xəstəyə yarım saat vaxt ayırarsa,  onun gün ərzində 15-20 arası xəstəyə baxmaq imkanı ola bilər. Çünki o, xəstəni dinləməlidir. Elə olmadıqda tibbi keyfiyyət aşağı düşə bilər”.  

 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date