Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
# 14 dekabr 2020 09:35 (UTC +04:00)

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynovun koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda yaşadığı evi tərk etməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə H. Hüseynov evə göndərilib, barəsində RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR