Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilib
# 07 avqust 2020 18:56 (UTC +04:00)

Avqustun 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.

Komitədən APA-ya bildirilib ki, iclasda çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2020-2024-cü illər üçün” Milli Fəaliyyət Planının, “Azərbaycan Respublikasında Qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illər üçün” Milli Fəaliyyət Planının, “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Azərbaycan Respublikasında Tətbiqinə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət Planının hazırlandığını da vurğulayıb.

Komitənin sədr müavini Aynur Sofiyeva ailə və uşaq məsələləri istiqamətində həyata keçirilən tədbirlər və hazırlanmış sənədləri diqqətə çatdıraraq, Uşaq Strategiyasının 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planı layihəsinin hazırlanaraq razılaşdırılması məqsədilə aidiyyəti qurumlara təqdim edilyini qeyd edib. O, eyni zamanda “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında məlumat verərək, sənədin icrasında operativlik və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə hazırda aidiyyəti qurumlarla birgə tədbirlər planının hazırlandığını vurğulayıb. Daha sonra A. Sofiyeva Komitənin araşdırma və təhlil üzrə İşçi Qrupunun fəaliyyəti haqqında məlumat verərək, müvafiq istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan araşdırmaları diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR