Akif Qurbanov: “Özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki bizdə COVİD-19 var kimi düşünməliyik”

Akif Qurbanov: “Özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki bizdə COVİD-19 var kimi düşünməliyik”
# 02 dekabr 2020 14:41 (UTC +04:00)

“Bu gün bizim vətəndaşlar koronavirus haqqında kifayət qədər məlumatlı deyil. Bu təəssüfedici haldır”.

APA-nın məlumatına görə, bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, özündə soyuqlama halı hiss edən xəstələr dərhal xəstəxanaya müraciət edir: “Hamı bilməlidir ki, COVİD-19 xəstəliyinin ağciyərlərində ağırlaşma halı adətən xəstəliyin sonlarında bilinir, bəzən heç bilinməyə də bilər. Həkimlər də bəzən insanları yanlış yönləndirirlər. Bəzən ağciyərləri təmiz olan xəstələr çox arxayınlaşır. Kompyuter Tomoqrafiyası bu gün ancaq xəstəliyin ağır fəsadları zamanı edilməlidir. Xəstəliyin diaqnozu üçün müəyyən edilmiş test qaydası var. Yaxma vasitəsilə test götürülür. Cavab müsbətdirsə, artıq müxtəlif qan müayinələrə ehtiyac yoxdur. Xəstə olan şəxs özünü təcrid etməlidir. Bəzi hallarda bu xəstəlik simptomsuz keçir. Belə olduqda da yenə də özünütəcridə mütləq riayət etmək lazımdır. Bu gün biz özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki bizdə COVİD-19 var kimi düşünməliyik. Yalnız bu halda başqalarını yoluxdurmağın qarşısını ala bilərik. Bəzi hallarda isə xəstəliyin bütün simptomları olduğu halda testin nəticəsi neqativ gəlir. Belə olan halda belə biz özümüzü təcrid etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR