Ali dövlət vəzifələrinin, dövlət orqanları, müəssisə və təşkilat adlarının yazılış qaydası təsdiqlənib

Ali dövlət vəzifələrinin, dövlət orqanları, müəssisə və təşkilat adlarının yazılış qaydası təsdiqlənib
  • Clock-gray 20:31
  • calendar-gray 03 Noyabr 2020

Ali dövlət vəzifələrinin yazılış qaydası təsdiqlənib.

APA-nın məlunatına görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, bundan sonra Ali dövlət vəzifələri - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılacaq.

Dövlət orqanları (qurumları), birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılacaq: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Firuzə Vahid

Digər xəbərlər