Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb
# 02 iyun 2020 13:13 (UTC +04:00)

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün saat 13:00-dək elektron ərizələr verən subbakalavrların sayı 3138-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 1546-dır.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu 1–15 iyun tarixlərində internet vasitəsilə aparılır. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR