Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb
# 05 iyun 2020 12:18 (UTC +04:00)

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün saat 12:15-dək elektron ərizə verən subbakalavrların sayı 7584-dür. Təsdiq olunan elektron ərizələrin sayı isə 4496-dır.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu iyunun 1-dən başlayıb. Elektron ərizə qəbulu iyunun 15-dək nəzərdə tutulsa da, daha sonra DİM tərəfindən iyulun 10-dək uzadılıb.

Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR