Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb
# 06 iyul 2020 11:44 (UTC +04:00)

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün saat 11:40-dək elektron ərizə verən subbakalavrların sayı 16865-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 14213-dür.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu 1 iyundan başlayıb, 10 iyul saat 23:59-da başa çatacaq. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR