Ali məktəblərdə doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib

Ali məktəblərdə doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib
# 07 iyul 2020 16:19 (UTC +04:00)

“Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”ı təsdiqlənib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı

Elm sahələri

Hər bir təhsilalana düşən illik təhsil

xərclərinin miqdarı (manatla)

1

2

Riyaziyyat

2210

Mexanika

2210

Astronomiya

2210

Fizika

2210

Kimya

2210

Biologiya elmləri

2210

Yer elmləri

3640

Aqrar elmlər

3640

Tibb elmləri

5980

Texnika elmləri

2470

Əczaçılıq elmləri

5980

Antropologiya

2470

İqtisad elmləri

2080

Coğrafiya

2210

Tarix

2470

Hüquq elmləri

2470

Filologiya elmləri

2470

Pedaqogika

2080

Siyasi elmlər

2470

Psixologiya

2470

Sənətşünaslıq

2470

Sosiologiya

2470

Memarlıq

2990

Fəlsəfə

2470

Milli təhlükəsizlik və hərbi elmlər

2470

Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR