Ali məktəblərdə əyani oxuyanların 44,6 faizi təqaüd alır

Ali məktəblərdə əyani oxuyanların 44,6 faizi təqaüd alır
# 21 yanvar 2020 19:00 (UTC +04:00)

2019-cu ildə ölkənin ali təhsil müəssisələrinə 44,3 min nəfər tələbə qəbul olunmuş və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 55,1 faiz olub ki, onların da 77,3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır.

Ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, 71-100 bal olan tələbələrə 120 manat, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR