Alimlər bəzi dərmanların koronavirusa qarşı istifadəsinin əsassız olduğunu açıqlayıb

Alimlər bəzi dərmanların koronavirusa qarşı istifadəsinin əsassız olduğunu açıqlayıb
  • Clock-gray 19:03
  • calendar-gray 14 Fevral 2021

Dünyanın bir qrup elm adamı tədqiqat zamanı, hidroksixlorokin dərmanının COVID-19 xəstəliyinə qarşı təsirsiz olduğunu üzə çıxarıb.

APA-nın xarici mediaya istinadla verdiyi xəbərə görə, məlum olub ki, xüsusiyyətlərinə görə hidroksixlorokin xəstəliyin müalicəsinə və koronavirus infeksiyasından ölüm dərəcəsinə təsir edə bilməz.

Qrupun tərkibinə Çin, Braziliya, İspaniya, Tayvan, Böyük Britaniya, Şimali Amerika, eləcə də Misir və İrandan olan alimlər daxil idi.

COVID-19 üçün bir dərman olaraq hidroksiklorokin və xlorokin üzərində ümumilikdə 14 tədqiqat aparıblar.

Ekspertlər bu tədqiqatların bəzilərinin dərmanı istehsal edən əczaçılıq şirkətləri tərəfindən maliyyələşdirildiyini bildiriblər.

Analizin nəticələrinə əsasən, SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğu açıqlanıb.

Tədqiqatçılar, bu dərmanların xəstələri daha yaxşı hiss etmədiyini və ya bir tənəffüs cihazına bağlanması lazım olan xəstələrin sayını azaltmadığını iddia edirlər.

apa-logo-mini

Digər xəbərlər