Anar Cəbrayıllı: "Böyük Şor gölünə “Azərsu”ya məxsus kanalizasiya infrastrukturundan tullantı suları axıdılmır"

Anar Cəbrayıllı: "Böyük Şor gölünə “Azərsu”ya məxsus kanalizasiya infrastrukturundan tullantı suları axıdılmır"
# 07 iyul 2020 18:13 (UTC +04:00)

Böyük Şor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

APA-nın məlumatına görə, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır:

"Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri-əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş "Sobsan" boya fabrikinin tullantı suları da birbaşa Böyük Şor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyəti qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR