Anar Kərimov: “Postmüharibə dövründə 3200 şəxsə sosial-psixoloji dəstək göstərilib”

Anar Kərimov: “Postmüharibə dövründə 3200 şəxsə sosial-psixoloji dəstək göstərilib”
# 18 yanvar 2021 11:42 (UTC +04:00)

“Postmüharibə dövründə 3200 şəxsə sosial-psixoloji dəstək göstərilib”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə şəxslər arasında son dövrlərdə özünə sui-qəsd edən şəxslər də olduğundan, bu məsələ diqqət mərkəzindədir: "Bu məsələ ilə bağlı yanvarın 13-dən yeni proqrama başlanılıb, bu proqramda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyi, TƏBİB və digər qurumlar çox yaxından iştirak edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR