Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb

Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb
# 10 mart 2021 11:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağdam rayonu, Quzanlı qəsəbəsi, H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Kamalzadə Hafiz Ramiz oğluna məxsus “Şır-Şır Kafe” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, qida məhsullarının saxlanma rejiminə, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi aşkar edilib. Eyni zamanda müəssisədə çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR