Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşıb

Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşıb
# 23 aprel 2021 19:23 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişini təmin edib.

Fonddan APA-ya verilən məlumata görə, aprelin 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 15-də bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, aprelin 22-də müavinət, təqaüd və kompensasiyalar, aprelin 23-də isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, aprel ayı üzrə yuxarıda qeyd olunan ödənişlərin qrafikdən əvvəl həyata keçirilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR