Aprelin 5-də Azərbaycana 84 000 doza “AstraZeneca” vaksini göndəriləcək

Aprelin 5-də Azərbaycana 84 000 doza “AstraZeneca” vaksini göndəriləcək
# 30 mart 2021 19:56 (UTC +04:00)

“İlkin mərhələdə 5 aprel tarixində Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək”.

APA-nın məlumatına görə, bunu GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs deyib. O bildirib ki, vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq.

Qeyd edək ki, ümumilikdə “AstraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR