“Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək məlumatların siyahısı təsdiq edilib

“Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək məlumatların siyahısı təsdiq edilib
# 07 iyul 2020 17:06 (UTC +04:00)

Nazirlər Kabineti “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısını təsdiq edib.

APA-nın məlumatına görə, bu Siyahı “Aqrar sığorta” informasiya sisteminə (ASİS) inteqrasiya edilməli olan informasiya sistemlərinin və onlardan əldə olunan məlumatların siyahısını müəyyən edir.

- Aşağıda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən ASİS-ə inteqrasiya olunur və ya bu dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda məlumatlar əl ilə daxil edilir:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

- fiziki şəxsin fərdi identifikasiya nömrəsi;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

- fiziki şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri üzrə qeydiyyat ünvanı və şəxsiyyət vəsiqəsi üzrə digər məlumatları;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

- hüquqi şəxslərin tam adı, VÖEN-i, VÖEN-in verilmə tarixi, qanuni təmsilçilərinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;

- vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin soyadı, adı, atasının adı, VÖEN-i və VÖEN-in verilmə tarixi;

- kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər məlumatlar), coğrafi koordinatları, ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri haqqında məlumatlar;

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

- sahədə əkilən bitkilər və bitkiçilik məhsulları haqqında məlumatlar;

- torpaq sahəsinin əkin aparılan hissəsinin coğrafi koordinatları;

- əkinin tipi (dəmyə-suvarma) haqqında məlumatlar;

- eyni ildə əkinin sayı (yazlıq, payızlıq) haqqında məlumatlar;

- növbəti əkin mövsümündə əkiləcək bitki haqqında məlumatlar (proqnoz);

- bitki və heyvan xəstəlikləri barədə məlumatlar;

- heyvanların müayinəsi, müalicəsi, profilaktikası və lizinqə verilməsi barədə məlumatlar;

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi:

- kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların cinsi, doğum tarixi, növü barədə məlumatlar və identikləşdirilməsi üçün istifadə edilən məlumat və göstəricilər;

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

- hava və iqlim şəraiti barədə məlumatlar;

- Azərbaycan Respublikasının Mərkəzi Bankı:

- qeyri-həyat sığorta sahəsi üzrə fəaliyyət göstərmək üçün müvafiq lisenziyalar və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin reyestr məlumatları.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:

- aqrar sığorta predmetinə zərər dəyməsi ilə nəticələnən yanğınlar haqqında məlumatlar;

- aqrar sığorta üzrə təminat verilən risklərin baş verməsi səbəbindən aqrar sığorta predmetinə zərər dəyməsi ilə nəticələnən digər fövqəladə hallar haqqında məlumatlar;

Azərbaycan Milli Elmlər Akademiyası:

- seysmoloji məlumatlar;

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti:

- su kadastrı məlumatları;

- suvarılan torpaq sahələri haqqında məlumatlar;

- meliorasiya və irriqasiya şəbəkələri haqqında məlumatlar;

- hidrotexniki qurğular haqqında məlumatlar;

- nasos stansiyaları haqqında məlumatlar;

- subartezian quyuları haqqında məlumatlar;

- şoranlaşma və şorakətləşmə vəziyyəti haqqında məlumatlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR