Arzu Nağıyev: “Gədəbəyin bəzi kəndlərində qaz və yol çəkilişi yarımçıq qalıb”

Arzu Nağıyev: “Gədəbəyin bəzi kəndlərində qaz və yol çəkilişi yarımçıq qalıb”
  • Clock-gray 12:11
  • calendar-gray 06 Avqust 2020

“Bəzi rayonlara ayrılmış məbləğlər müəyyən qədər tənzimlənsə, yaxşı olar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat  Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonunun bəzi kəndlərində bu gün qaz və yol çəkilməsi işləri yarımçıq qalıb. Bunlar yerli vəsait hesabına həyata keçirilir. Bundan başqa son vaxtlar baş verən təbii fəlakətlər nəticəsində kənd yolları yuyulub. Buna da müəyyən qədər vəsait ayrılmasına ehtiyac var. Mərkəzləşmiş xərcələr üçün ayrılan vəsaitlərdə müəyyən dəyişikliklər edilməsi lazımdır”.

Firuzə Vahid

Digər xəbərlər