Arzu Rəhimov: "Müharibə dövrü üçün SHXÇDX tərəfindən bütün lazımi tədbirlər görülüb"

Arzu Rəhimov: "Müharibə dövrü üçün SHXÇDX tərəfindən bütün lazımi tədbirlər görülüb"
# 16 iyul 2020 14:34 (UTC +04:00)

“Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A. Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sülh və müharibə dövründə hərbi hissələrin komplektləşdirilməsi ilə məşğuldur: “Müharibə dövrü üçün hazırlıq daimi aparılır. Ordu sıralarından təxris olunmuş hərbi vəzifəlilər seçilir, hərbi ixtisasları, təyinatları üzrə komandalara təyin olunur. Səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında şəxsi heyət hazırlanaraq həmin hərbi hissələrə göndərirlirlər”.

Dövlət Xidmətinin rəisi qeyd edib ki, bu gün hərbi hissələr sülh dövrü üçün tam komplektləşdirilib: “Müharibə dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bütün lazımi tədbirlər görülüb. İstər hərbi hissələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi, istər nəqliyyat vasitələri ilə təmin olunması təmin olunub. Əgər zərurət yaranarsa, müvafiq tədbirlər həyata keçirilər ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR