“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb

“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb
  • Clock-gray 12:39
  • calendar-gray 29 Mart 2020

“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti ilə birlikdə fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ua verilən məlumata görə, “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər. 

Müəyyən edilmiş müddət ərzində Vergi Xidməti tərəfindən bu istifadəçilərə sertifikatlarının müddətinin 31 may tarixinədək uzadılması ilə bağlı ismarıclar göndəriləcək.

Distant işə keçməklə “Asan İmza” evdən çıxmadan elektron hökumətin onlayn xidmətlərinə, onlayn bankinq xidmətlərinə təhlükəsiz və effektli əlyetərliyi, müqavilələrin onlayn şəkildə imzalanmasını təmin edəcək. Əgər xarici partnyorla müqavilə bağlamağınız vacibdirsə, ona Azərbaycanın m-Rezidenti olmağı təklif edin. Rəqəmsal Azərbaycan dünyadakı koronavirus pandemiyasının nəticələrini aradan qaldırmağa kömək etməli, sahibkarların və vətəndaşların zərər görməməsi üçün bütün imkanları səfərbər etməlidir. 

“1847” Asan İmza Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.

Suallarla əlaqədar [email protected] ünvanına müraciət etmək mümkündür. 

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date