Astarada yaşayış yerini tərk edən daha 2 koronavirus daşıyıcısı aşkarlanıb

Astarada yaşayış yerini tərk edən daha 2 koronavirus daşıyıcısı aşkarlanıb
  • Clock-gray 15:35
  • calendar-gray 25 Noyabr 2020

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara rayonunun Pensər kənd sakini A.Nəsirova və Vaqo kənd sakini R.Xankişiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər