“AstraZeneca” bəzi ölkələrdə peyvənddən istifadənin dayandırılmasına münasibət bildirib

“AstraZeneca” bəzi ölkələrdə peyvənddən istifadənin dayandırılmasına münasibət bildirib
  • Clock-gray 18:55
  • calendar-gray 12 Mart 2021

“AstraZeneca” şirkəti onlara məxsus peyvəndin bir neçə ölkədə istifadəsinin müvəqqəti dayandırılmasına münasibət bildirib.

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, bildirilib ki, peyvəndin istifadəsindən sonra qanda tromb yaranma riskinə dair hər hansı sübut yoxdur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı “AstraZeneca” vaksinindən istifadəni davam etdirməyi tövsiyə edir. ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris qeyd edib ki, vaksinin faydası mənfi göstəricilərini üstələyir. 

Xatırladaq ki, Avstriya, Danimarka, Norveç, İslandiya, Estoniya, Litva, Lüksemburq, Cənubi Kipr, Latviya, İtaliya və Tailand Krallığı COVID-19-a qarşı “AstraZeneca” vaksinindən istifadəni müvəqqəti dayandırıb. Səbəb kimi vaksinin az effektli olması və peyvənd vurulan bəzi şəxslərdə qan laxtalanmasının əmələ gəlməsi göstərilir. Qeyd olunan ölkələr peyvəndin hər hansı problem yaradıb-yaratmadığı aydınlaşana kimi peyvənddən istifadəni müvəqqəti dayandırmağa qərar verib. 

apa-logo-mini

Digər xəbərlər