Aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyalara qoşulmaqla bağlı təkliflər hazırlanacaq

Aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyalara qoşulmaqla bağlı təkliflər hazırlanacaq
# 17 avqust 2020 18:31 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi 2020-2021-ci illər ərzində Azərbaycan Respublikasının aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyalara qoşulması ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıq verilib.

APA-nın məlumatına görə, bu, Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında əksini tapıb.

Tədbirlər planına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi mütəmadi olaraq, aviasiya təhlükəsizliyi sahəsində qüvvədə olan hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR