“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiq edilib

“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiq edilib
  • Clock-gray 17:41
  • calendar-gray 17 Avqust 2020

Prezident İlham Əliyev “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

APA-nın xəbərinə görə, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiq edilib.

“Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda da dəyişiklik təsdiq edilib.

Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.40.37-ci bəndinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, həmin Qaydaların 14.4-cü bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, həmin Qaydaların 17.5-1-ci bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, həmin Qaydaların 3.12.22-1-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmin Qaydaların 7.1-3-cü bəndinə uyğun olaraq, hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmin Qaydaların 10.40.2-ci yarımbəndinə uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.30.2-1-ci yarımbəndinə uyğun olaraq, sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını, həmin Qaydaların 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması metodikasını təsdiqləməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görməlidirlər.

Firuzə Vahid

Digər xəbərlər