Avqustun 15-də GRE: General Test imtahanı keçiriləcək

Avqustun 15-də GRE: General Test imtahanı keçiriləcək
# 13 avqust 2020 16:41 (UTC +04:00)

Avqustun 15-də Dövlət İmtahan Mərkəzində GRE: General Test imtahanı keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanda iştirak edən şəxslər saat 9-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, itahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR