Avropa Şurasının Bakı ofisinin rəhbəri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Avropa Şurasının Bakı ofisinin rəhbəri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
  • Clock-gray 18:57
  • calendar-gray 29 Yanvar 2020

Bu gün Qubada səfərdə olan Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Zoltan Hernyes Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib və ona rayon haqqında ətraflı məlumat verilib. 

Daha sonra Zoltan Hernyes Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qonağa ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumat verilib.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.

Qonaq sonda xatirə dəftərinə ürək sözlərini yazıb. 

Vəli Turan

Digər xəbərlər

Arxiv

date