Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb

Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanılıb
  • Clock-gray 11:04
  • calendar-gray 08 Mart 2021

Axtarışda olan Biləsuvar rayon sakini Bakıda saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsinə əsasən barəsində axtarış elan edilmiş Biləsuvar rayon sakini R.Əzizov Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Tural Kərimov

Digər xəbərlər