AzTU rektoru: “Tədqiqat və tədrisin sənayeyə inteqrasiyası ilə bağlı ciddi problemlər var”

AzTU rektoru: “Tədqiqat və tədrisin sənayeyə inteqrasiyası ilə bağlı ciddi problemlər var”
# 21 iyul 2020 12:08 (UTC +04:00)

"Dünya trendləri onu göstərir ki, 1960-cı illərdən sonra, 80-ci illərdən indiki dövrə qədər texniki universitetlər kifayət qədər elmi tədqiqatlara daha çox aludə olublar. Bəzən onlar praktiki imkanlardan biznesə inteqrasiyadan geri qalıblar. Bu nöqsanlar Texniki Universitetdə də öz əksini tapıb".

APA-nın məlumatına görə, bunu onlayn mətbuat konfransında Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirib. Rektor deyib ki, AzTU-da islahatlara başlayanda əsasən hər hansı strateji plan hazırlamağı düşünüb: “Amma universitetdəki real vəziyyəti görəndə iki istiqamətdə reformaların aparılmasını qarşşıya məqsəd qoydum. Birinci məqsəd reformaların aparılması üçün universitetdə bəzi sağlamlaşdırma mühitinin yaradılması idi. Çünki universitetdə kifayət qədər ciddi problemlər var idi. Bu problemlərin həll olunması və bilavasitə hər hansı bir strateji planın hazırlayıb tətbiqinə başlamaq çox riskli olardı. Bu baxımdan bir il ərzində universitetdə sağlamlaşdırma işlərinin aparılması üçün sərf etməyi düşündüm. Sonrakı uzunmüddətli – 2021-2030-cu ilə qədər olan strategiyamızın inkişafı üçün kifayət qədər şərait yarada bilmişik. İslahatlar üçün müəyyən bəlli baza şərtləri olmalıdır. O baza şərtləri üçün də bəzi problemlər həll olunmalıdır”.

Rektor deyib ki, universitetdə problemlər instusional, təşkilati problemlər idi: “Burada akademik və inzibati struktur kifayət qədər şişmiş vəziyyətdə idi, yəni daha çox qeyri-effektik şəkildə formalaşıb. Hətta Azərbaycanda orta səviyyədə Texniki universitetlərlə müqayisədə həm inzibati, həm də akademik struktur kifayət qədər böyük görünür. Tədrisin keyfiyyəti və qiymətləndirilməsində də ciddi problemlər var idi. Bunlar tələbə-müəllim münasibətlərinin də kifayət qədər normal olmadığına işarədir. Səmərəlilik göstəriciləri digər universitetlərlə müqayisədə aşağıdır. Ən azından illik qəbulun səviyyəsinə baxılanda həm bakalavr, həm də magistratura səviyyəsində təxminən 28 faizə qədər qəbul planı ortada olmayıb.

Eyni zamanda, Texniki Universitet kifayət qədər ciddi müəllim potensialına malikdir, onlar həm qocaman, həm orta yaşlı, həm də cavan müəllimlərdir. Düşünürəm ki, Texniki Universitetdə müəllim heyətinin də imkanlarından optimal istifadə edilməklə bağlı problemlər var. Tədqiqat, tədris və bunların sənayeyə inteqrasiyası ilə bağlı universitetdə ciddi problemlər var ki, bunları da həll etməliyik. Bu istiqamətdə problemlərin həlli ilə bağlı bir il ərzində ilkin sağlamlaşdırma hədəfləri var. Bu məsələ istiqamətində olan işlər qısamüddətli işlərdir. Qısamüddətli işlərin aparılması ilə bağlı bir il ərzində işlər görülüb. Hazırda uzunmüddətli proqramı hazırlayırıq, yekunlaşmaq üzrədir. 2021-ci ildən uzunmüddətli hədəflərə istiqamətlənmiş planların icrasına başlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR