"AzerGold" QSC-nin Nizamnaməsində dəyişiklik edilib

"AzerGold" QSC-nin Nizamnaməsində dəyişiklik edilib
# 15 dekabr 2020 18:23 (UTC +04:00)

Nazirlər Kabineti “AzerGold” QSC-nin Nizamnaməsində dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin məqsədi və fəaliyyət istiqamətlərinə dəyişiklik edilib.

Belə ki, Cəmiyyət qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməlidir. Bundan öncə Cəmiyyət sadəcə əlvan metallarla bağlı bu işləri yerinə yetirirdi.

Nazirlər Kabineti tərəfindən qərara verilən izahda bildirilib ki, Qərarda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən uyğunlaşdırılmalar öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentin Sərəncamına əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi və s. işlərlə yanaşı qara metal filizi yataqları ilə bağlı işləri də yerinə yetirir.

Bu vaxtadək Cəmiyyət yalnız əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirirdi.

Qeyd olunanlara əsasən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin məqsədləri və fəaliyyət istiqamətləri hissəsində dəyişiklik edilməsi zərurəti yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR