Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB

Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB
  • Clock-gray 16:48
  • calendar-gray 14 İyul 2020

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə tutduğu Tovuz rayonunun Ağdam kəndində olub.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlunun evinə baş çəkib.

S. Əliyeva bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib.

Baş verənlərlə bağlı monitorinq aparmaq üçün Tovuza gəldiklərini deyən Ombudsman mülki əhaliyə qarşı təcavüz törədildiyini vurğulayıb. O, toplanmış fakt və materiallar əsasında geniş hesabat hazırlayaraq, beynəlxalq təşkilatlara göndərəcəklərini bildirib. Ombudsman Ermənistan Silahlı Qüvvələrinin təcavüz aktı nəticəsində Ağdam kəndinin sakini Əziz Əzizovun qətlə yetirildiyini diqqətə çatdırıb.

S. Əliyevanın sözlərinə görə, əlil olan, ahıl yaşlı Əziz Əzizov axşam yeməyinə hazırlaşarkən Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi ilə qətlə yetirilib: “Ahıl yaşlı Əziz Əzizov yeməyə hazırlaşarkən bu faciə baş verib. Çörək masanın üstündə qalıb”. 

***

16.07

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Tovuzun Ağdam kəndindədir.

APA-nın məlumatına görə, bu barədə Ombudsman Aparatından bildirilib.

 

YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB"> YENİLƏNİB" data-description="gallery" alt="Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB">

Əsmər Qabil

Digər xəbərlər