Azərbaycan Rusiyadan 300 000 doza “Sputnik V” vaksini alacaq

Azərbaycan Rusiyadan 300 000 doza “Sputnik V” vaksini alacaq
  • Clock-gray 15:57
  • calendar-gray 11 Mart 2021

Baş nazir Əli Əsədov "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, sərəncama əsasən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək. 

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Firuzə Vahid

Digər xəbərlər