Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib

Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib
# 27 mart 2020 10:21 (UTC +04:00)

"Xarici İşlər Nazirliyi bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib ki, bir-bir hamı ilə danışsın".

APA xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, vətəndaşlar köməklik etmək istəyirlərsə, imkan daxilində öz evlərində qalsınlar.

"Misal üçün, Türkiyədə və ya Ukraynada. Çünki onlar virus daşıyıcısı ola bilərlər. Ona görə də imkan daxilində bir-bir danışırıq ki, qoy olduqları yerdə qalsınlar. Çünki Azərbaycana gəlib karantində qalacaqlar. Ondan yaxşısı elə öz yaşadıqları yerlərdə qalsınlar", - deyə E.Məmmədyarov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR