“Azərbaycan dili” fənnindən ikinci test imtahanında iştirak etməyən abituriyent sayı açıqlanıb

“Azərbaycan dili” fənnindən ikinci test imtahanında iştirak etməyən abituriyent sayı açıqlanıb
# 28 avqust 2020 20:44 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 avqust 2020-ci il tarixində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin birinci Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər üçün “Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 1526 abituriyentdən 156 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1370 abituriyentdən 507 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR