Azərbaycan nefti bir həftə 4%-dək bahalaşıb

Azərbaycan nefti bir həftə 4%-dək bahalaşıb
# 13 mart 2021 14:13 (UTC +04:00)

Ötən həftə ərzində (8-12 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,92 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,6 dollar və ya 3,92% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 69,84 dollar təşkil edib.

Ən minimal göstərici (III gün) isə 67,6 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR