Azərbaycan və İtaliya COVID-19-a qarşı mübarizədə əməkdaşlıq edəcək

Azərbaycan və İtaliya COVID-19-a qarşı mübarizədə əməkdaşlıq edəcək
# 30 iyun 2020 16:55 (UTC +04:00)

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində Azərbaycan və İtaliya arasında əməkdaşlıq başlayıb.

APA-nın xəbərinə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi "Twitter"də məlumat yayıb.

“İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında keçirilən görüşdən bir neçə gün sonra, İtaliyanın İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru Cüzeppe İppolito və koronavirusla mübarizədə Azərbaycanın əsas aparıcı mütəxəssisləri arasında yüksək səviyyədə əməkdaşlıq başlayıb. Hamının xeyrinə olan ən yaxşı İtaliya təcrübəsi”, - deyə səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR