Azərbaycan və Türkiyə peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalayıb

Azərbaycan və Türkiyə peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalayıb
# 19 fevral 2021 21:18 (UTC +04:00)

Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.

APA-nın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib:

"Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR