Azərbaycana 4 milyon doza "Coronavac" vaksininin alınması üçün müqavilənin dəyəri açıqlanıb

Azərbaycana 4 milyon doza "Coronavac" vaksininin alınması üçün müqavilənin dəyəri açıqlanıb
# 10 mart 2021 13:05 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Türkiyə Respublikasının “Keymen İlaç Sanayı ve Ticaret A.Ş” arasında müqavilə imzalanıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Məlumata əsasən, müqaviləyə görə, Çin Xalq Respublikasının “Sinovac” şirkətinin istehsal etdiyi və klinik sınaq mərhələlərini keçmiş COVID-19 vaksininin 2 mln. əhali üçün cəmi 4 mln. vaksin dozasının əldə olunması nəzərdə tutulub. Müqavilənin dəyəri 85158. 5 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR