Azərbaycana idxal edilən tibbi maska və əlcəklər sentyabrın 1-dək gömrük rüsumundan azad edilib

Azərbaycana idxal edilən tibbi maska və əlcəklər sentyabrın 1-dək gömrük rüsumundan azad edilib
  • Clock-gray 16:40
  • calendar-gray 02 İyul 2020

Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb. 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlarınn  idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər