Azərbaycana səfər edən çinlilərin sayı 63 faizdən çox artıb

Azərbaycana səfər edən çinlilərin sayı 63 faizdən çox artıb
# 09 dekabr 2019 15:24 (UTC +04:00)

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 24394 nəfər təşkil edib.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətdə 63.1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasının Pekin şəhərində nüfuzlu “Voyage” jurnalı tərəfindən keçirilən “Voyage Night 2019” tədbirində mükafatlandırılıb. Azərbaycan “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yer üzrə mükafata layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR