Azərbaycanda 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1308 cinayət törədilib

Azərbaycanda 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1308 cinayət törədilib
# 29 dekabr 2020 15:27 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokurorluğunun statistik məlumatlarına əsasən, 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1308 cinayət törədilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə dinləniləcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında yer alıb.

Məlumatda qeyd olunub ki, bu cinayətlər üzrə 1358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb, onlardan 1038 nəfəri qadın, o cümlədən 1 nəfəri hamilə qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qadın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR