Azərbaycanda 25 marşrut üzrə qarölçmə işləri aparılacaq

Azərbaycanda 25 marşrut üzrə qarölçmə işləri aparılacaq
# 25 fevral 2021 13:50 (UTC +04:00)

“Azərbaycanda dağlıq ərazilərdə martın əvvəlində qarölçmə işlərinə başlanılacaq”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, qarölçmə işləri 4 istiqamətdə aparılacaq: “İşlər 25 marşrut üzrə olacaq. Qarölçmə zamanı qarın hündürlüyü, sıxlığı, çəkisi və sululuğu müəyyən edilir”.

Qarölçmə işləri Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarının ərazilərindən axan Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Bumçay, Dəmiraparançay, Quba və Qusar rayonlarının ərazilərindən axan Qusarçay, Qudiyalçay, Vəlvələçay, Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının ərazilərindən axan Şəmkirçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay və Kəlbəcər, Laçın rayonlarının ərazilərindən axan Tərtərçay, Həkəriçay çaylarının hövzələrində aparılacaq.

Onun sözlərinə görə, qarölçmə işləri martın birinci yarısında yekunlaşacaq, sonra gursululuq dövrünün proqnozu hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR