Azərbaycanda 6,6 mindən çox əcnəbi tələbə təhsil alır

Azərbaycanda 6,6 mindən çox əcnəbi tələbə təhsil alır
  • Clock-gray 15:37
  • calendar-gray 09 Mart 2021

2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində 442 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Bu təqaüd proqramları Çin, Macarıstan, Rumıniya, Rusiya Federasiyası, Latviya, Qazaxıstan kimi ölkələri əhatə edib. 

2020-2021-ci tədris ilində 38 nəfər İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üçün təsis edilmiş təhsil qrantı çərçivəsində təhsil almaq üçün qəbul edilib.

Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 90-dan artıq ölkədən 6,6 mindən çox əcnəbi tələbə təhsil alır. 

 

Günay Elşadqızı

Digər xəbərlər