Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyri-iş günü olacaq

Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyri-iş günü olacaq
# 18 dekabr 2020 11:35 (UTC +04:00)

Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR