Azərbaycanda Ailə Məsləhət mərkəzlərinin yaradılması nəzərdə tutulur

Azərbaycanda Ailə Məsləhət mərkəzlərinin yaradılması nəzərdə tutulur
# 27 noyabr 2020 16:15 (UTC +04:00)

2022–2023-cü illərdə ailədaxili sosial və psixoloji işin təşkili üçün Ailə Məsləhət mərkəzlərinin yaradılmasına dair təkliflər hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

Həmçinin, 2020–2022-ci illərdə erkən uşaqlıq dövründə uşaqlara göstərilən sosial xidmətin təhlili və səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanacaq.

Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR