Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 12 aprel 2021 16:37 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 100 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 289, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 898 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR