Azərbaycanda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır

Azərbaycanda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
  • Clock-gray 12:59
  • calendar-gray 22 Oktyabr 2020

İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır.

APA-nın məlumatına görə, bu barədə AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclasında qərar verilib.

Qeyd olunub ki, mərkəz dövlət qurumları ilə əməkdaşlıq etməklə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə sahəvi və kompleks proqramlar hazırlayacaq.

Elmi şurada çıxış edən alimlər də bu təşəbbüsü dəstəkləməklə yanaşı, işğaldan azad olunan rayonlarda həyatın yenidən qurulmasının və onların sosial-iqtisadi inkişafının əhəmiyyətini vurğulayıblar.

 

 

Əsmər Qabil

Digər xəbərlər